Reynaldo Çempionlar Liqasının ilk oyununda meydanda olmayacaq

Reynaldo Çempionlar Liqasının ilk oyununda meydanda olmayacaq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib ki, bu gün onun komandası Lüksemburq "Düdelanj"ı ilə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununa itki ilə çıxacaq. O bildirib ki, braziyalı hücumçu Reynaldo zədə üzündən ilk 11-likdə olmayacaq, sonradan meydana çıxma ehtimalı çox azdır: "Həkimlərin qərarına əsasən, hərəkət edəcəyik. Hər hansı risk varsa, buraxmayacağıq. İnanırıq ki, növbəti oyunlarda bizə kömək edə biləcək. Onun yoxluğunda Muaremlə Mahir Mədətovun birgə oynamaq ehtimalı var". Qeyd edək ki, "Qarabağ" - "Düdelanj" görüşü saat 21:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə