Joze Mourinyo "Mançester Yunayted"ə gələr-gəlməz, artıq "təmizləmə" siyasətinə başlayıb. "Sky Sports" iddia edir ki, portuqaliyalı futbol mütəxəssisi artıq iki futbolçusunun "biletini kəsib". Bunlar müdafiəçilər - Tayler Blekett və Qilyermo Vareladır. Baş məşqçi Joze Mourinyonun planlarına daxil olmayan hər iki futbolçu təlim-məşq toplanışı üçün Çinə aparılmayıb. Belədə ingilis və uruqvaylı futbolçular özlərinə yeni klub axtarmalı olacaqlar. Qeyd edək ki, Blekett ötən mövsüm icarə əsasında "Seltik"də, Varela isə Lui van Qalın rəhbərliyi altında "Mançester Yunayted"də çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB