Azərbaycan Premyer Liqasının XXII turunun növbəti oyunları
keçirildi. Siasport.az saytı xəbər verir ki, turun son matçı "Şəfa"
stadionunda "İnter" - "Xəzər Lənkəran"
qarşılaşması oldu. Matçın elə ilk dəqiqələrdən "Xəzər Lənkəran" hücuma atıldı.
Cənubluların bir-birinin ardınca etdikləri hücumlar çox keçmədən bəhrəsini verdi.
Belə ki, matçın 9-cu dəqiqəsində Hristu Kiaku dəqiq zərbə ilə hesabı açdı. Bu
qoldan sonra lənkəranlılar daha da fəal oyun nümayiş etdirməyə başladılar.
Meydanda aciz qalan "İnter" futbolçuların göstərdikləri fərdi oyun ustalığında
və taktiki cəhətdən rəqibinə açıq-aşkar uduzurdu. Cənublular meydanda
Tsxadadzenin qurduğu sxemi məhv etmişdilər. Artıq meydan sahiblərinin bütün
hücun cəhtləri yarımçıq qalırdı. Lənkəranlılar isə qarşılaşmanın 19-cu
dəqiqəsində daha bir qol vurdu. Bu dəfə Adrian Pit əlverişli qol imkanından
maksimum yararlandı. Bu qoldan sonra oyunun gedişatından belə görünürdü ki,
meydan sahibləri çarəsizliyə düçar olublar. Tsxadadze çaşqınlıq vəziyyətində
idi. Birinci hissə bu nəticə ilə başa çatdı.
İkinci hissədə "İnter" bir qədər hücumlar qurmağa başladı.
Lakin bu hücumların uğursuzluğu qonaqlara "İnteri" əks hücumda yaxalamq imkanı
yaradırdı. Görüşün 49-cu dəqiqəsində cənublular meydan sahiblərinin qapısından
3-cü qolu keçirdi. Bu qolda isə "Xəzər Lənkəran"ın heyətindən Uinston Parks fərqləndi.
"İnter" artıq şokda idi. Yüksək oyun
nümayiş etdirən "Xəzər Lənkəran"ın hücumları səngimək bilmirdi. Artıq Tsxadadze
nə edəcəyini bilmirdi. Hücumu bir az da gücləndirməyi qərara alan Tsxadadze
Rövşən Əmiraslanovu meydana buraxdı. Matçın 61-ci dəqiqəsində "Xəzər
Lənkəran"ın qapısı qarşısında yaranan qatışıqlıqda qayda pozuntusu olduğunu
qeydə alan oyunun baş hakimi Rövşən Əhmədov cənubluların qapısına penalti təyin
etdi. Penaltini dəqiq yerinə yetirən Girts Karlsons komandasının təsəlli qolunu
vurdu. Matç 1:3 hesabıyla "Xəzər Lənkəran"ın qələbəsi ilə başa çatdı. Hakimin
təyin etdiyi penalti qərarının nə dərəcədə düzgün olduğunu epizodun video
yazısına baxdıqdan sonra nəzərinizə çatdıracaqıq. Beləliklə, Mirça Rednikin yetirmələri
təsnifat mərhələsini ikinci yerdə tamamladı.
Günün digər oyunlarında isə əlini altılıqdan üzən "Qəbələ"
doğma meydanda "Gəncə" ilə bacarmayıb. Matç qolsuz bərabərliklə başa
çatıb. "Muğan" isə səfərdə "Simurq"u
minimal hesabla məğlub edib.
Premyer Liqa
XXII tur
25 fevral
\"Qarabağ\" - \"Turan\" 5:1
Qollar: Elvin Məmmədov, 9; Georgi Adamiya, 10; 16; Rauf
Əliyev, 53; Admir Teli, 90 - Fərmayıl Əliyev, 57
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, İlham Əliyev, Anar
Salmanov.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Asif Namazov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
AZAL - \"Bakı\" 0:0
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Roman Vasilyev,
Rəhim Həsənov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. \"Şəfa\" stadionu.
\"Neftçi\" - MOİK 1:0
Qol: Flavinyo, 40
Hakimlər: Ceyhun Haşımov, Yaşar Abbasov, Samir Hacıyev,
Elnur Muradov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
27 fevral
\"Qəbələ\" - \"Gəncə\" 0:0
Hakimlər: Ramil Diniyev, Azad Ə. Hüseynov, Azad Q. Hüseynov,
Rasim Məmmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Akif Məmmədov
Qəbələ şəhər stadionu.
\"Simurq\" - \"Muğan\" 0:1
Qol: Con Pelu, 82
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Elşən Acalov, Vüsal
Əliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Qurban Məmmədov
Zaqatala şəhər stadionu.
İnter - Xəzər Lənkəran 1:3
Qollar: Firts Karlson, 60 (pen) - Hristu Kyaku, 9, Adrian
Pit, 19, Uinston Parks, 50
Hakimlər: Rövşən Əhmədov, Ramiz Əsədov, Munis Abdullayev, Rauf
Cabbarov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Məlik Həsənov
\"Şəfa\" stadionu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB