Masallı Taekvando Mərkəzində rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə kiçikyaşlı uşaqlar və yeniyetmələr arasında taekvando üzrə zona birinciliyi keçirilib. Zona yarışlarında Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Lənkəran, Biləsuvar rayon komandaları ilə yanaşı, Bakı şəhərinin komandası da qələbə uğrunda mübarizə aparıb.
Gərgin və maraqlı mübarizə şəraitində iki gün davam edən birincilikdə 200 nəfərdən çox idmançı 11 çəki dərəcəsində yarışıb.
Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB