Şarapova Olimpiadada çıxış edə bilməyəcək

Lozanna məhkəməsi tennisçini bu şansdan məhrum edıb
Şarapova Olimpiadada çıxış edə bilməyəcək

Lozannadakı İdman Arbitraj Məhkəməsi Mariya Şarapovanın iddiası üzrə işə yalnız bu ilin sentyabrının ortalarında baxa biləcək. Xatırladaq ki, rusiyalı tennisçi meldoniumdan istifadə etdiyi üçün Beynəlxalq Tennis Federasiyası tərəfindən iki illiyə diskvalifikasiya edilib.

Beləliklə, M.Şarapova avqustun 5-də Rio-de-Janeyroda başlayacaq Olimpiya Oyunlarında iştirak etmək şansını itirib.

Əvvəllər gözlənilirdi ki, iyunun 14-də təqdim edilən apelyasiya şikayətinə iyulun 18-dən gec baxılmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə