Klublarımızın UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarının başlama saatı açıqlanıb. UEFA-nın rəsmi saytının verdiyi məlumata görə, klublarımızdan cavab oyununu ilk "Kəpəz" keçirəcək. Gəncə təmsilçisi iyulun 20-də Bakıda "Admira"nı (Avstriya) qəbul edəcək. "Dalğa Arena"da keçiriləcək oyun saat 18:00-da başlayacaq.
İyulun 21-də "Qəbələ" evdə Macarıstan MTK-sı ilə qarşılaşacaq ki, həmin matç saat 21:00-da start götürəcək. Makedoniyada keçiriləcək "Şkendiya" - "Neftçi" oyunu isə Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
20 iyul
18:00. "Kəpəz" – "Admira" (Avstriya)
Bakı. "Dalğa Arena"
21 iyul
21:00. "Qəbələ" – MTK (Macarıstan)
Bakı. 8-ci km qəsəbə stadionu.
22:00. "Şkendiya" (Makedoniya) – "Neftçi"
Skopye. Filip II stadionu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB