Xocalı Soyqrımına həsr olunmuş 2-ci beynəlxalq cüdo turniri keçirilir

Xocalı Soyqrımına həsr olunmuş ənənəvi 2-ci beynəlxalq cüdo turniri keçirilir. Siasport.az saytı xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində təşkil olunmuş yarışda 1997-1999-cu il təvəllüdlü oğlanlar mübarizə aparırlar. Yarışın ilk günü 34 kq, 42 kq, 50 kq və 60 kq çəki dərəcələrində olan idmançılar mübarizə aparıblar. Turnirin son günü-bu gün isə 38 kq, 46 kq, 55 kq, 66 kq və+66 kq çəkidə olan cüdoçular yarışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə