Aleksandr Starkov: “AZAL - “Bakı” oyununda üstün tərəf biz idik"

"AZAL - "Bakı" oyununda üstün tərəf biz idik. Futbolçularda psixoloji gərginlik hiss olunurdu". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Bakı"nın latviyalı baş məşqçisi Aleksandr Starkov Azərbaycan Premyer Liqasının 22-ci turunun AZAL - "Bakı" qarşılaşmasından sonra təşkil olunan mətbuat konfransında deyib. O, matçda bir neçə qol vəziyyətindən yararlana bilmədiklərini, əsas məqsədlərinin ilk "altılığa" düşmək olduğunu vurğulayıb: "Qələbə qazana bilməsək də, heç-heçə edib buna nail olduq. Komandamı təbrik edirəm ".

AZAL klubunun baş məşqçisi Nazim Süleymanov isə oyun haqqında belə deyib: "İlk altılıq"da yerimizi təmin etməyimizə baxmayaraq, "Bakı" ilə oyuna adi bir oyun kimi baxmırdıq. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Çox gərgin oyun keçdi. Futbolçular meydanda sonadək mübarizə apardılar. Hücum xəttində çatışmazlıqlarımız var, bunu tezliklə aradan qaldırmağa çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə