Arif Əsədov: "Çempionatın autsayderinə qarşı oyuna köklənmək çətin olur"

Arif Əsədov: "Çempionatın autsayderinə qarşı oyuna köklənmək çətin olur"
"Həmişə demişəm ki, çempionatın autsayderinə qarşı oyuna köklənmək çətin olur". Bu sözləri Azərbaycan Premyer Liqasının 22-ci turunun "Neftçi" - MOİK oyunundan sonra keçirilən mətbuat konfransında flaqmanın baş məşqçisi Arif Əsədov deyib. O, matçda əsasən az oynayan futbolçulara şans verdiyini, həmçinin, Denis Silva ilə Slavço Georgievskinin vərəqə limiti dolduğundan, meydana çıxa bilmədiklərini qeyd edib. "Bu gün çempionatda ən zəif oyunlarımızdan birini keçirdik. Buna baxmayaraq, qələbə qazanaraq, ilk "altılığ"a lider kimi yollandıq. Buna görə də klub rəhbərliyinə və futbolçulara minnətdaram",- deyə baş məşqçi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə