Didye Deşam: "Xəyalımız puç oldu”

Didye Deşam: "Xəyalımız puç oldu”

Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam "Avro-2016"nın finalında Portuqaliyaya 0:1 hesabı ilə uduzduqları oyundan sonra bir sıra açıqlamalarla gündəmə gəlib. SİA xəbər verir ki, Fransa KİV-lərinə vedriyi açıqlamada baş məşqçi bildirib ki, futbolçuları meydanda son nəfəsə qədər mübarizə aparıblar: "Xəyalımız puç oldu. Portuqaliyanı təbrik edirəm. Qələbə qazanmaq üçün çox şansımız oldu, amma bunları dəyərləndirə bilmədik. Bu formada uduzmaq təəssüfləndiricidir. Oyunçularım meydanda bütün gücünü ortaya qoydular. Azarkeşlərimiz çempion olacağımıza inanmışdılar. Rəqib sürətli əks-hücumlar qurdu.Yaxşı müdafiə olundular. Ronaldo oyundan çıxdıqdan sonra daha çox müdafiəyə çəkildilər". Onun sözlərinə görə, Portuqaliya çempionluğa layiqdir: "Onlara finala yüksəldilər və həlledici görüşdə önəmli qalibiyyət əldə etdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə