Azad Rəhimov: \"Gənclərimiz Ali Baş Komandanın səfərbərlik əmri olduğu təqdirdə, daim hazır olmalıdırlar”\"
Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı bu gün Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı (ATGTİ) \"Mahir nişançı\" turnirini keçirib. Siasport.az saytı xəbər verir ki, artıq beşinci ildir ki, keçirilən bu turnirə Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində 23 ali təhsil müəssisəsinin tələbələri qatılıblar.
Gənclər və İdman naziri Azad Rəhimov qeyd edib ki, nazirlik tərəfindən hər
il atıcılıq yarışı da daxil olmaqla, Xocalı faciəsi ilə bağlı müxtəlif
tədbirlər keçirilir: "Xocalı faciəsinin gerçəkliklərini dünyaya çatdırmaq üçün
artıq neçə illərdir ki, Azərbaycan gəncləri bu faciəni özündə əks etdirən
məlumatları dünyanın nüfuzlu diplomatları, iş adamlarına email vasitəsi ilə
göndərirlər. Qeyd etməliyəm ki, hər il bu emaillərin sayı daha da artır. Müsbət
haldır ki, getdikcə nüfuzlu diplamatlar bu faciəyə daha ciddi yanaşıb, onunla
bağlı mühüm fikirləri öz çıxışlarında səsləndirirlər." Nazir eyni zamanda
atıcılıq yarışının əhəmiyyətinə toxunaraq
qeyd edib ki, gənclər ali təhsil ocaqlarında yüksək qiymətlərlə təhsil
alıb, müxtəlif ölkələrdə Azərbaycanın adını ucaltmaqla bizə yalnız sevinc bəxş
edə bilərlər: "Bununla yanaşı, gənclərimizin hər biri Ali Baş Komandanın səfərbərlik əmri olduğu
təqdirdə, daim hazır olmalıdırlar".
Beləliklə, 25 fevral tarixində keçirilən yarışın nəticələri:
l yer
Azərbaycan Dillər Universiteti
l l yer
Azərbaycan Müəllimlər İnstitutu
lllyer
Azərbaycan Dövlət İqtisad Universiteti
Fərdi Atıcılığ üzrə
1-ci yer
Bakı Dövlət Universiteti-Allahverdiyev Elmin Adil oğlu
2-ci yer
Azərbaycan Dillər Universiteti-Kərimov Sevgili Aydın qızı
3-cü yer
Azərbaycan Müəllimlər İnstitutu-Mikayılov Əziz Adəm oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB