Rulan Tağızadə: “Elit raunda çıxmaq üçün qarşımızda ciddi məqsədlər qoyulub”

Rulan Tağızadə: “Elit raunda çıxmaq üçün qarşımızda ciddi məqsədlər qoyulub”


Xəbər verildiyi kimi, 19 yaşlılardan ibarət milli seçmə komandası Antalyada təlim-məşq toplanışını başa çatdırıb. Siasport.az saytı xəbər verir ki, komandamızın heyətində forma geyən "Aberon"un üzvləri Ruslan Tağızadə, Slavik Alxasov və Mehdi Rəsulov komandanın düşərgəsinə qayıdır. Yığma komandamızın oyunları ilə bağlı suallarımızı cavablandıran Ruslan Tağızadə qeyd etdi ki, Antalya təlim-məşq prosesi olduqca səmərəli və məhsuldar keçib: "Baş məşqçi Vəli Qasımovun rəhbərliyi altında bir çox tanınmış xarici klubların əvəzedici heyətləri ilə yoldaşlıq görüşündə qüvvəmizi sınadıq. İlk görüşdə Sankt-Peterburq şəhərinin "Zenit" komandasının əvəzediciləri ilə görüşdən 2:0 hesablı qələbə ilə ayrıdlıq. "Zenit"lə oyunun əhəmiyyəti ondan ibarət idi ki, yaxınlarda bu komanda "Birlik" kubokunda Azərbaycan çempionu "İnter"ə məğlub olmuş, 3 həftə bundan öncə isə "Abşeron"la təlim-məşq toplanışında 0:0 hesablı bərabərliyə qalmışdır. Bu oyunda rəqib komanda qələbə qazanmaq ümidi ilə meydana çıxmışdır. Lakin bütün oyun boyu üstünlüyə malik olan Azərbaycan millisi 2:0 hesabı ilə inamlı qələbə qazandı. Qollardan birinin müəllifi də mən oldum". Digər oyunlarla bağlı suallarımızı cavablandıran Ruslan Tağızadə qeyd edib ki, baş məşqçi Vəli Qasımov hər komanda ilə oyuna fərqli taktika ilə yanaşırdı: "Bu, səbəbsiz deyildi. Çünki, oktyabr ayında İsveçdə Avropa çempionatnın seçmə mərhələsində qitənin İtaliya kimi güclü komandası ilə bir qrupda mübarizə aparacağıq. Meydan sahibi İsveçi də hesabdan silmək olmaz. Elit raunda çıxmaq üçün bizim qarşımızda ciddi məqsədlər qoyulub. Buna görə də Vəli Qasımov rəqib seçimində Avropanın tanınmış klublarına üstünlük verirdi. Almaniyanın "Münhen-1860", İsveçrənin "Bazel" kimi güclü komandalarını sparrinq seçməklə, bizi indidən çətin görüşlərə hazırlayırdı. Almanlarla oyunda ilk dəqiqələrdən müvəffəqiyyət qazanmağımız bütün matç boyu oyuna nəzarət etməyimizə kömək etdi və biz 4:0 böyükhesablı qələbə qazandıq. "Bazel"lə görüş isə tam fəqrli sxem üzrə aparıldı. Komandamız xəttlərarası əlaqələri sınaqdan keçirdi. Məğlub olmağımıza baxmayaraq, baş məşqçimiz oyunumuzdan razı qaldı. Nəhayət, dördüncü görüşdə Norveçin "Lillestrom" komandası ilə üz-üzə gəlidk. Olduqca maraqlı oyun alındı. Qarşılaşma bizim üstünlüyümüz ilə keçsə də, təəssüf ki, müdafiədə buraxdığımız səhvlər qələbə qazanmağımıza imkan vermədi".

Bütün xəbərlər Facebook səhifəmizdə