London "Arsenal"ının baş məşqçisi Arsen Venger, nəhayət ki, İngiltərə millisini çalışdırmağa hazır olduğunu açıqlayıb. Britaniya mətbuatının yazdığına görə, fransız futbol mütəxəssi İngiltərə millisinin boş qalmış baş məşqçi vəzifəsinə namizəd olması ilə bağlı sualı cavablandırıb: "Belə bir təklif gəlsə, buna qətiyyən yox deyə bilmərəm. Amma onu da deyim ki, hazırda klubumda işləməkdən də zövq alıram".
Qeyd edək ki, İngiltərə millisinin "Avro-2016"dakı uğursuz çıxışından sonra baş məşqçi Roy Hocsun istefaya göndərilib. İngiltərə mətbuatı hazırda bu vəzifəyə əsas namizədlərdən biri kimi A.Vengeri göstərir. Fransalı mütəxəssisin klubu "Arsenal"la müqaviləsi 2017-ci ilin yayında bitir.