“Atletiko Madrid” Diyeqo Forlanı itirdi!

İspaniyanın "Atletiko Madrid" futbol klubunun uruqvaylı forvardı Diyeqo Forlan sabah İspaniya La Liqasında "Seviliya" ilə keçiriləcək qarşılaşmada yer almayacaq. Siasport.az saytı xəbər verir ki, İspaniya mətbuatının məlumatına əsasən, ayağından ağır zədə keçirən uruqvaylı futbolçu bir neçə həftə həkim nəzarətində olcaq. Klubun rəsmi saytında yerləşdirilən məlumatda da vurgulanır ki, uruqvaylı futbolçu hələ bir müddət yaşıl meydanlardan uzaq qalacq.Keçən il UEFA Avropa Liqasının kubokunu qazanan D.Forlan, həmçinin sonuncu dünya çempionatında da mükəmməl futbol oynaması ilə böyük marağa səbəb olmuşdu. İndi də bir sıra nəhəng Avropa klubları S.Forlanı transfer etmək üçün ispan klubuna təkliflərini göndərirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə