“Bavariya”da “yarpaq tökümü” başlayıb

“Bavariya”da “yarpaq tökümü” başlayıb
Pep Gvardiolanın gedişindən sonra "Bavariya"da "yarpaq tökümü" başlayıb. SİA xəbər verir ki, "pivəçilərin" idman direktoru Mattias Zammer tutduğu vəzifədən istefa verib. Bu haqda alman klubunun rəsmi saytı məlumat yayıb. O, səhhətindəki problemlər səbəbindən bu addımı atıb.

Qeyd edək ki, Zammer beynində qan dövranın yaxşı işləməməsinə görə bir müddətdir müalicə olunurdu. Bildirilir ki, "Bavariya"dakı gərgin iş rejimi onun səhhətinə mənfi təsir etdiyindən Zammer bir müddət futboldan kənarda qalmağı qərara alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə