“Qalatasaray” 20 milyonluq futbolçunu İstanbula gətirir

“Qalatasaray” 20 milyonluq futbolçunu İstanbula gətirir

İstanbulun "Qalatasaray" futbol klubu, səs-küylü transfer reallaşdırmağa hazırlaşır. SİA Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, "cim bom"un hədəfində "Mançester Siti"nin 20 milyon avroluq transfer dəyəri olan qaradərili futbolçusu Vitried Bonydur. Türkiyə mediyası yazır ki, İstanbul klubu, artıq bu transferlə bağlı danışıqlara başlayıb. İşin maraqlı tərəfi ondan ibarətdir ki, ingilis klubunun yeni baş məşqçisi olan Xose Qvardiola bu futbolçunu komandada düşünmür. Buna görə də, "Mançester Siti" 28 yaşlı futbolçunu icarə əsasında bir illiyinə "Qalatasaray"a vermək niyyətindədir. İstanbul klubu ulduz futbolçuya 1 il üçün 2,5 milyon avro əmək haqqı təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə