Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki UEFA-nın rəsmi saytına açıqlama verib. Xorvatiyalı mütəxəssis, AÇ-2016-nın final oyunu ilə bağlı fikirlərini bölüşərkən bildirib ki, Portuqaliyanın fransızlara qalib gələcəyini düşünür:
"Portuqaliya millisi parlaq oyun göstərmir, ancaq lazım olan nəticəni əldə edə bilir. Baş məşqçiləri turnirin qalibi olmaq üçün lazım olan hər şeyi edir. Santuş hücum futbolunun tərəfdarı olmasa da, nəticə qazanmağı sevir. Onların Avropa çempionu olmaq üçün cəmi bir addım atmaqları qalıb" – deyə millimizin çalışdırıcısı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB