\"Qarabağ\" \"Turan\"ı darmadağın etdi və 3-cü pilləyə yüksəldi-YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasının XXII turuna start verilib. Siasport.az saytı xəbər verir ki, ilk oyun gününün ilk qarşılaşmasında "Qarabağ" Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda "Turan"ı qəbul edib. Oyunda Ağdam təmsilçisi tovuzluları darmadağın edib. Belə ki, "Qarabağ" "Turan"ın qapısından 5 top keçirib. Rəqib isə cəmi 1 dəfə fərqlənə bilib. Bu oyundan sonra "Qarabağ" 42 xalla turnir cədvəlində 3-cü yerə yüksəlib.

Daha sonra isə AZAL "Bakı" ilə, \"Neftçi\" MOİK-lə qarşılaşıb. AZAL - "Bakı" matçı qolsuz bərabərliklə, \"Neftçi\" – MOİK oyunu isə flaqmanın minimal üstünlüyü ilə başa çatıb.

25 fevral

\"Qarabağ\" - \"Turan\" 5:1

Qollar: Elvin Məmmədov, 9; Georgi Adamiya, 10; 16; Rauf Əliyev, 53; Admir Teli, 90 - Fərmayıl Əliyev, 57

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, İlham Əliyev, Anar Salmanov

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

AZAL - "Bakı" 0:0

Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Roman Vasilyev, Rəhim Həsənov

\"Şəfa\" stadionu

\"Neftçi\" - MOİK 1:0

Qol: Flavinyo, 40

Hakimlər: Ceyhun Haşımov, Yaşar Abbasov, Samir Hacıyev, Elnur Muradov

Tofiq Bəhramov adına Respublika stadionu

Turnir cədvəli

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə