Gürcüstan milli komandası Bakıya gəldi

Gürcüstan milli komandası Bakıya gəldi

Boks üzrə Gürcüstan milli komandası bu gün Bakıya gələrək yığmamızla birgə təlim-məşq toplanışına başlayıb. Siasport.az saytı xəəbər verir ki, qonşu ölkənin nümayəndələrinin paytaxtımıza gəlməsinin səbəbi "Böyük İpək Yolu" yarışına hazırlaşmaqdır.

Qeyd edək ki, həmin yarış martın 9-dan 13-ə kimi Bakıda təşkil olunacaq. Gürcüstan komandası turnir başa çatana kimi şəhərimizdə qalacaq. Artıq Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkiyə kimi komandalar həmin yarışda iştirak etmək arzusunda olduqlarını bildiriblər. Rusiya komandası turnirə Dünya və Avropa çempionları Yeqor Mexonçev, Albert Səlimov, Artur Beterbiyev, Dünya çempionu Andrey Zamkovoy və Avropa çempionu Sergey Kuzmin kimi güclü idmançıları gətirəcək. Milli komandamızın "Böyük İpək Yolu" turnirində geniş tərkibli heyətlə iştirak etməsi gözlənilir. Yarışın texniki nümayəndəsi fransalı Mairesse olacaq.

Qeyd edək ki, hazırda Gürcüstanın gənclərdən ibarət milli komandası da Bakıda təlim-məşq toplanışındadır. Ancaq əsas yığmadan fərqli olaraq, gənclər martın 8-də toplanışı başa vuraraq, Gürcüstana qayıdacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə