Toni Adams: \"İngiltərədə oynayacaq futbolçunuz yoxdur\"-MÜSAHİBƏ

Toni Adams: \"İngiltərədə oynayacaq futbolçunuz yoxdur\"-MÜSAHİBƏ

Siasport.az saytı \"Qəbələ\" klubunun ingiltərəli baş məşqçisi Toni Adamsın müsahibəsini nəzəriuniəz çatdırır:

- Komandanız son iki oyunda məğlub oldu. Qış fasiləsindən sonra oyununuzda belə geriləmənin səbəbi nədir?

- Hər şeyin öz yerini tapması üçün zamana ehtiyac var. Bu mövsüm bizim məqsədimiz Avroliqaya vəsiqə qazanmaq deyildi. Təbii ki, qələbə qazanmaq istəyirik. Amma əsas məqsəd komandanı qurmaqdır. Bu müddətdə qələbələr də olacaq, məğlubiyyətlər də. Çünki keçid dörünü yaşayırıq.

- "Qarabağ"a və "Muğan"a məğlubiyyəti gözləyirdinizmi?

- Yox. Təbii ki, hər iki oyunda qələbə qazanmaq istəyirdim. Amma müdafiədə buraxdığımız səhvlər nəticəyə öz təsirini göstərdi.

- "Qəbələ"nin "altılıq"dan kənarda qalmaq təhlükəsi var. "Altılığ"a düşmək şansınız nə qədərdir?

- Yenə deyirəm, məqsədimiz bu mövsüm Avroliqaya vəsiqə qazanmaq deyil. Yəni qarşımıza çempion olmaq, avrokuboklara düşmək kimi bir vəzifə qoyulmayıb.

- Komanda "altılıq"dan kənarda qalsa, istefa verməyiniz mümkündür?

- Təbii ki, istefa verməyəcəyəm. 1-ci və ya 2-ci "altılıq"da olmağımızın mənim işimə dəxli yoxdur. Yəni ilk "altılıq"dan kənarda qalsaq da, komandadan getməyəcəm.

- Mövsümün əvvəlində qarşınıza hansı hədəf qoyulmuşdu?

- Dediyim kimi, hazırda "Qəbələ" keçid dövründədir. Qarşımıza qoyulan vəzifə oyundan oyuna inkişaf etmək, qələbə qazanmaqdır. Əsas hədəf də odur ki, sərəncamımda olan bütün futbolçulara şans verək, onları yoxlayaq. Hansı futbolçularla yolumuza davam edəcəyik, hansılarla yollarımızı ayıracağıq, bunları müəyyənləşdirməliyik.

- "Qəbələ" "altılıq"dan kənarda qalsa, bütün gücünüzü ölkə kubokuna yönəldib, birinci olmağınız mümkündür?

- Kubokda da məqsədimiz Premyer Liqada olduğu kimi, hər oyunda meydandan qələbə ilə ayrılmaqdır. 1-ci "altılığ"ın da, 2-ci "altılığ"ın da özünün müsbət tərəfləri var. 2-ci "altılığ"ın müsbət tərəfi ondan ibarətdir ki, bütün yerli futbolçulara şans verəcəm. Onlar da özlərini göstərmək üçün oynamalıdırlar. Əsas oynaya-oynaya növbəti mövsümə hazırlaşmaqdır. Biz bunun nəticəsini AZAL-da gördük. Onlar ötən mövsüm 2-ci "altılıq"da istədikləri komandanı qurdular və bu mövsüm uğurlu çıxış edirlər.

- Heyətdə hansı çatışmamazlıqlar var?

- Oyunçularım haqqında danışmağım düzgün çıxmaz. Amma onu deyə bilərəm ki, artıq özüm üçün bəzi qərarlar vermişəm.

- Qış transferləri ümidlərinizi nə dərəcədə doğruldub?

- Yeni gələnlərin komandaya uyğunlaşması üçün zamana ehtiyac var. Məncə, yeni transferlərimizdən Nuran Qurbanov gələcəkdə milli komandada oynaya bilər. Murad Hüseynov artıq millidə oynayır. Bu futbolçuları biz gələcək üçün nəzərdə tutmuşuq. Yeni transferlərin özünü doğruldub-doğrultmadığını gələn mövsüm görəcəksiniz.

- "Gəncə" ilə oyuna necə hazırlaşırsınız? Bu oyunda hədəf nə olacaq?

- Məqsədimiz "Gəncə" ilə oyunda da qələbə qazanmaqdır. Bundan başqa bu görüşdə bəzi oyunçulara şans verəcəm. Onları sınaqdan keçirəcəyəm.

- "Qəbələ"nin aşağı yaş qrupları üzrə komandaları, əvəzedici heyəti izləyirsinizmi?

- Əlbəttə ki, izləyirəm. Biz "Qəbələ"də yenidən klub yaradırıq. Hər şeyi sistemli şəkildə qururuq.

- Bu komandalardakı işlər sizi qane edir?

- İndidən qiymət vermək çox tezdir. Gələn mövsüm artıq biz əvəzedici komandaya Futbol Akademiyasının yetirmələrini cəlb edə bilərik. Ordakı işlərdən razı olub-olmamağımla bağlı indidən fikir yürütmək olmaz.

- Əvəzedici komandada elə futbolçu var ki, gələn mövsüm əsas heyətə cəlb edəsiniz?

- Bizdə işlər başqa formada qurulub. Hazırda sərəncamımda 40 futbolçu var. Yəni əsas komanda və əvəzedicilər. Yəqin ki, hər şey aydındır. Biz bu gün də bir yerdəyik.

- Araz Abdullayev "Everton"a transfer olunub. Bu futbolçunun İngiltərə Premyer Liqasında oynaması üçün nə qədər zaman lazımdır?

- Bununla bağlı heç bir şərh verə bilmərəm.

- Ümumiyyətlə, azərbaycanlı futbolçular İngiltərədə oynamaq gücündədir?

- Yox.

- "Qəbələ"in heyətində İngiltərə klublarında oynamaq gücündə olan futbolçular var?

- Hələ ki, yoxdur.

Pərvin Kazımoğlu

Milli.Az

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня