“Barselona” titul sponsorunu niyə dəyişir?

“Barselona” titul sponsorunu niyə dəyişir?

İspaniyanın "Barselona" futbol klubunun titul sponsoru dəyişə bilər. Belə ki, Kataloniya təmsilçisi iyulun 30-dək yeni sponsorla rəsmi müqavilə imzalayacaq.

Son bir neçə ildə klubun baş sponsoru olan "Qatar Airways"la yanaşı ABŞ-ın nəhəng internet servisi olan "Amazon"la da danışıqlar gedir. Hələlik "Amazon"un təklif etdiyi rəqəm "Barselona"nın tələb etdiyi illik 65 milyon avro həddinə çatmır. Əgər tərəflər maddi məsələdə razılaşsalar, o zaman "Barselona"nın yeni mövsümdə baş sponsoru Amerika şirkəti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə