“Joze Maurinyo üçün qatil belə ola bilərəm”

“Joze Maurinyo üçün qatil belə ola bilərəm”

İtaliyanın "Milan" futbol klubunun isveçli forvardı Zlatan Ibrahimoviç keçmiş baş məşqçisi Xose Guardiolanı "topa" tutub. Siasport.az saytı xəbər verir ki, isveçli hücumçu bunun əvəzində "Real"ın baş məşqçisi Joze Maurinyonu xeyli tərifləyərək onun tərifini göylərə qaldırıb. Belə görünür ki, Z.İbrahimoviçin "Barselona"nanın baş məşqçisinə qarşı olan kin-küdurəti bitmək bilmir. "Eurogoals" nəşrinə müsahibə verən ulduz futbolçu bildirib ki, onun katalon klubunda yaxşı günləri keçib. Tək problemi isə sən demə X.Guardiola olubmuş: "İlk günlər "Barselona"da futbolu necə oynanıldığını öyrənmişdim. Oradakı vəziyyətə də uyğunlaşmışdım. Amma orada tək problemim baş məşqçi idi. Yaxşı baş məşqçi futbolçunu oyunlara hazırlamağı bacarmalıdır. Orada elə proseslər yaşanırdı ki, onların cavablarını hələ də aydınlaşdıra bilmirəm. "İnter"də oynadığım zaman Joze Maurinyonun məşqçiliyinə heyran qaldım. J.Maurinyo futbolçuları ən prinsipial qarşılaşmalara elə hazırlayırdı ki, onun üçün qatil belə ola bilərdim."-deyə isveçli futbolçu fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə