Cüdoçularımız dünyada neçəncidirlər?

Cüdoçularımız dünyada neçəncidirlər?
Beynəlxalq Cüdo Federasiyası Almaniyanın Düsseldorf şəhərində keçirilən Qran-Pri turnirindən sonra reytinq sıralamasını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, ən yüngül çəki dərəcəsində - 60 kq-da İlqar Müşkiyev 233 xalla 24-cü yerdədir. Bu çəkinin lideri özbəkistanlı Rişod Sobirovdu (2166 xal). 66 kq-da Tərlan Kərimov 472 xalla 16-cıdır. Tsaganbaatar Hasbaatar (Monqolustan) 1570 xalla 1-ci yerdədir. Elnur Məmmədlinin gedişindən sonra 73 kq-ı onun Pekin olimpiadasının finalında 13 saniyəyə məğlub etdiyi koreyalı Van Ki Çun (1548 xal) ələ keçirib. Həmyerlimiz Renat Mirzəliyev isə 56 xalla 103-cü yerdədir.

81 kq çəkililər arasında yarışan Elnur Məmmədli 688 xal toplayıb. Bu ona hələ ki 11-ci pillədə durmaq imkanı verir. Digər idmançımız Elxan Rəcəbli 286 xalla 31-cidir. Lider kürsüsündə isə koreyalı Kim Bum Jae (1760 xal) əyləşib.

90 kq yaponiyalı Ono Takaşi (1580) birincidi. Elxan Məmmədov 1072 xalla 4-ce sırada yer alıb.

100 kq-da yaponiyalı Anai Takamasi 1798 xalla zirvədə durduğu halda, Elmar Qasımov 322 xalla 25-cidi.

Qadınlar arasında 57 kq çəkidə mübarizə aparan Kifayət Qasımova 41 xalla 20-ci yerdə qərarlaşıb. Ramilə Yusubova (63 kq) isə 350 xalla 23-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com