"Qarabağ" klubu "Turan"la oyuna hazırdır. Siasport.az saytı xəbər verir ki, bütün çempionatların iştirakçısı olan 3 klubdan 2-sinin mübarizəsi daim gərgin və maraqlı alınıb. "Qarabağ" Tovuz klubuyla cari mövsüm artıq 3-cü dəfə qarşılaşacaq. Çempionatın ilk dövrəsində Tovuzda baş tutan görüşdə "Qarabağ" Emin İmaməliyevin vurduğu qolla 1:0 hesabı ilə qalib gəlmişdi. Azərbaycan kubokunun 1/8 final mərhələsində də tərəflər üz-üzə gəlmişdilər. Oyun qolsuz başa çatmış, penalti seriyasında isə tovuzlular üstün olmuşdular.
Ümumiyyətlə, "Qarabağ" 5 ildi "Turan"a məğlub olmur. Sonuncu dəfə 2006-ci ildə Böyükağa Ağayevin "Qarabağ"a başçılıq etdiyi dönəmdə "Turan" Tovuzda komandanı üstələyib-3:1. Həmin tarixdən sonra çempionatda baş tutan 8 görüşdə komanda cəmi 1 dəfə heç-heçə edib, qalan görüşlərdə qələbə qazanıb.
Artıq komanda "Turan"la oyunun hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir. Bazada "kamp"a yığışan komanda oyun saatını gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB