Pele 75 yaşında yenə evləndi

Dünya futbolunun canlı əfsanəsi Pele növbəti dəfə ailə həyatı qurub. SİA xarici ölkə KİV-lərinə istinadən xəbər verir ki, 75 yaşlı braziliyalı veteran futbolçu 3-cü dəfə evlənib. O, 6 ildir birlikdə olduğu Marka Aoki Sibele ilə nigah bağlayıb. Toy mərasimində Pelenin ailə üzvləri və dostları iştirak edib. Marka Aoki Sibele yaponiyalıdır. Onun 50 yaşı var.

Bütün xəbərlər Facebook səhifəmizdə