Joze Alesio Da Silva: "Qol buraxmağımız yaxşı olmadı"

Joze Alesio Da Silva: "Qol buraxmağımız yaxşı olmadı"
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin 1-ci qrupunda keçirilmiş Azərbaycan – Qazaxıstan oyununundan sonra təşkil olunmuş mətbuat konfransında millimizin baş məşqçisi Joze Alesio Da Silva fikirlərini bildirib. Siasport.az saytı baş məşqçisinin fikirlərini nəzərinizə çatdırır: "Vaxtilə Qazaxıstanda işlədiyimdən rəqibin güclü olduğunu bilirdim. Komanda gənc futzalçılardan qurulub. Doğma meydanda oynadığımızdan, üstünlük bizim tərəfimizdə idi. Qol buraxmağımız yaxşı olmadı. İspaniya yığması ilə oyunda bu amil əleyhimizə işləyə bilər".

Xatırladaq ki, oyunda yığmamız 6:3 hesablı qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə