Mirbağır İsayev: ““Bakılı” ilə oyun çətin və maraqlı olacaq”

Mirbağır İsayev: ““Bakılı” ilə oyun çətin və maraqlı olacaq”

Fevralın 27-də futbol üzrə ölkə çempionatının I Divizionunda XVI tur çərçivəsində "Abşeron" komandası "Bakılı"nı qəbul edəcək. Siasport.az saytı xəbər verir ki, oyun saat 11.30-da Şəfa stadionunda keçiriləcək. Olimpiya Yığma Komandalarının təlim-məşq Mərkəzində hazırlığını davam etdirən "Abşeron" klubu məsul matç öncəsi ikitərəfli oyun keçirib. Komandanın "Bakılı" ilə matça hazırlığı barədə baş məşqşi Mirbağır İsayev qeyd edib ki, rəqib komanda kifayət qədər güclüdür: "Onların yüksək liqada iştirak təcrübəsi var. Bu səbəbdən, düşünürəm ki, bizi qarşıda çətin və maraqlı qarşılaşma gözləyir". "Rəvan"la prinsipial oyundakı qələbədən sonra komandadakı ab-hava barədə sualımızı cavablandıran M.İsayev bildirib ki, komanda artıq o qələbəni unudub və hal-hazırda növbəti oyuna köklənib: ""Abşeron"da zədəli futbolçular olsa da, ümidvarıq ki, "Bakılı"ya qarşı oyunda onlar hazır vəziyyətdə olacaqlar".

Xatırladaq ki, komandaların I Dövrədəki oyunu 3:0 hesabı ilə "Abşeron"un qələbəsi ilə başa çatmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə