ŞOK! Millimizin baş məşqçisi uşaq oğurluğu ilə məşğul olur?

ŞOK! Millimizin baş məşqçisi uşaq oğurluğu ilə məşğul olur?
Yeni qalmaqal Bolqarıstanı bir-birinə vurub. Siasport.az saytı xəbər verir ki, hazırda bu ölkədə təlim-məşq toplanışında olan ağırlıqqaldırma üzrə yığma komandamızın bolqar baş məşqçisi Yanko Rusevin hərəkəti böyük etirazla üzləşib.

Belə ki, bolqar mediasına ötürülən anonim məktubda Şumen şəhərinin sakinlərindən biri Rusevin burada uşaq oğurluğu ilə məşğul olduğunu bildirib. Həmin şəxs bu addımı Rusevin şəhər klublarını gəzərək 16-17 yaşlı perspektivli bolqar atletlərə \"Azərbaycanın şərəfini qoruyacağınız halda sizi milyoner edəcəm\" deməsinə şahid olduqdan sonra atıb.

Deyilənə görə, artıq Şumen şəhərində klub prezidentləri ilə yerli məşqçilər arasında ciddi narazılıqlar yaşanır. Belə ki, bir çox mütəxəssislər tələbələrini daha yaxşı şərait və qazanc təklif edən Azərbaycana verməyə razıdılar. Bu isə böyük qalmaqal yaradıb. Bolqar mətbuatı bu məqamda artıq Azərbaycan tərəfinin Afina olimpiadasının bürünc mükafatçısı Veliçko Çolakov və 2007-ci ilin dünya çempionu İvan Stoitsovu, qadınlardan isə Rumyana Petkova və Silviya Angelovanı milliləşdirdiyini bildirir.//rekord.az

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com