Bojan Pavloviç: \"Təhlükəli rəqibə qarşı diqqətli olmalıyıq\"-VİDEO

Bojan Pavloviç: \"Təhlükəli rəqibə qarşı diqqətli olmalıyıq\"-VİDEO

\"Qarabağ\" klubu qış fasiləsində sıralarını yetərincə genişləndirdi. Siasport.az saytı xəbər verir ki, komandaya yeni qoşulan futbolçulardan Bojan Pavloviç \"Gəncə\" ilə oyunda ilk rəsmi oyununa çıxdı. 24 yaşlı qolkiper komandanın 6-cı ardıcıl qələbəsinə əla oyunuyla töhfə verdi. Xüsusilə, serbiyalı qolkiperin son dəqiqələrdəki \"seyv\"i xoş sözlərə layiqdi. Bojan ilk oyunu və ümumiyyətlə, \"Qarabağ\" haqqında belə deyib: \"Təbii ki, ilk oyun olduğuna görə bir qədər həyəcan vardı. Amma bu o demək deyilki özümə inanmırdım. Zənnimcə, ilk oyunumda pis durmadım. \"Seyv\"lərə gəlincə, qapıçının əsas işi qol buraxmamaqdır. Mən də öz işimi görmüşəm. İlk oyunda qapını toxunulmaz saxladığıma görə şadam. Komandamızın qələbəsi də çox vacib idi. Axı, meydanın vəziyyəti heç də ideal deyildi. İndi qarşıda \"Turan\"la oyun var. Rəqib alt sıralarda qərarlaşsa da bilirəm ki, kubokda onlara məğlub olmuşuq. Ona görə də təhlükəli rəqibə qarşı diqqətli olmalıyıq. Bu oyunda da qələbə qazanıb final mərhələsinə yaxşı əhval-ruhiyyədə başlamaq istəyirik\".



Bütün xəbərlər Facebook səhifəmizdə