Jayro: “Növbəti oyunda daha yaxşı formada olacağıq”

Jayro: “Növbəti oyunda daha yaxşı formada olacağıq”

"Neftçi"nin müdafiəçisi Jayro Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Malta "Baltsan"ına qarşı keçirdikləri cavab oyunundan (1:2, ilk oyun 2:0) sonra azerisport.az saytnın suallarını cavablandırıb:

- Matçla bağlı nə deyə bilərsiniz?

- Çətin olacağını bilirdik. Müsbət nəticə qazanmaq üçün əlimizdən gələni etdik. Birinci hissədə daha asan oldu. İkinci hissədə isə çətinliklə üzləşdik. İstənilən halda mərhələ adlaya bildik.

- "Neftçi"nin bacardığı elə budur?

- Növbəti oyunda daha yaxşı formada olacağıq. Oyunu uduzsaq da, ümumi nəticə pis deyil. Həm də "Baltsan" güclü rəqib idi.

- "Neftçi" deyəsən meydana arxayın çıxmışdı...

- Əsas odur ki, mərhələ adladıq. Arxayınlıq isə yox idi.

- Komandanız hər iki oyunda ikinci hissəni zəif keçirdi. Bu, fiziki hazırlığın yaxşı olmadığını göstərir?

- Ola bilər ki, yorğunluq var.

- "Neftçi" belə oyunla növbəti mərhələdə uğur qazana bilər?

- Biz bu gün zəif oynadıqsa, bu, o demək deyil ki, həmişə belə olacaq. Növbəti mərhələdə necə olacağını deyə bilmərəm. Amma özümüzü yaxşı tərəfdən göstərmək üçün əlimizdən gələni edəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə