“Bavariya” “İnter”dən qisasını aldı

“Bavariya” “İnter”dən qisasını aldı

Dünən Çempionlar Liqasında 1/8 final mərhələsinin bütün qarşılaşmalarına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, keçən il bu ali turnirin finalında üz-üzə gələn Amaniyanın "Bayern Münhen" və İtaliyanın "İnter" futbol klubları yenidən bu il münasibətlərinə aydınlıq gətirməyə çalışıblar. Milanda baş tutan qarşılaşma gərgin və dramatik fubolla yadda qalıb. Keçən ilin Çempionlar Liqasının finalında "İnter"in sükanı arxasında məşhur portuqaliyalı futbol mütəxəssisi Joze Maurinyo var idisə, bu il o artıq İspaniyanın "Real Madrid" futbol klubunu çalışdırır. Sözsüz ki bu da "İnter"in oyunununda öz sözünü deyib. Oyuna gəlincə hər iki tərəf sürətli və sərt futbola üstünlük verirdilər. Çünki bu da təbiidir. Çünki keçən finalda italyanlara uduzan "Pivəçilər", bunun açıqını elə ilk oyundaca almaq istəyirdilər. Oyun boyu hər iki klubun qapıçıları mükəmməl hərəkətləri və çeviklikləri ilə diqqət mərkəzində olublar. Amma sonda "alman maşını" qalib gəlib. Belə ki, qarşılaşmanın 90-cı dəqiqəsində "İnter"in qolkiperi Julio Sezar elə bir səhvə yol verdi ki, Mario Gomeş onu bağışlamadı və əzəli rəqiblərin ilk duelində "Pivəçilər" 1:0 hesablı qələbəyə seviniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə