Fransa finalda FOTOLAR

"Avro-2016"nın növbəti finalçısı da bəlli oldu. SİA-nın məlumatına görə, yarımfinalda Almaniya və Fransa milliləri üz-üzə gəlib. Turnirin favoritlərinin dueli maraqla keçib. Bura qədər məğlubiyyətsiz irəliləyən komandaların şansları bərabər qiymətləndirilirdi. Alman "maşını" bütün oyun boyu diktə edən tərəf olsa da sonda qarşılaşmadan məğlub ayrılıb.

Rəsmi oyunlarda 12 dəfə qarşılaşan komandalar ilk dəfə yarımfinalda üz-üzə gəlib. Statistikada fransızlar üstündür. Almanlara 6 dəfə qalib gəlib 4 dəfə uduzan Fransa millisi 2 oyunda heç-heçə edib.

Qeyd edək ki, Fransa finalda Portuqaliya millisi ilə qarşılaşacaq.

7 iyul

"Avro-2016", yarımfinal oyunu

23:00. Almaniya - Fransa - 0:2 (İkinci hissə)
Qol: Qrizman, 45-pen. 72
Baş hakim: Nikola Ritsoli
Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini (İtaliya)
Marsel. Velodrom stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə