Martin Şkrtel İstanbul klubuna keçir?

Martin Şkrtel İstanbul klubuna keçir?

Türkiyənin "Fənərbaxça" klubu daha bir ulduz futbolçunu heyətinə cəlb etməyə yaxındır. Türkiyə KİV-lərinin yaydığı xəbərə görə, İstanbul klubu "Liverpul"un futbolçusu Martin Şkrteli transfer edir.

Artıq tərəflər arasında razılıq əldə olunub. İyulun 11-də slovakiyalı müdafiəçinin İstanbula gələrək müqavilə imzalayacağı gözlənilir. Qeyd edək ki, 32 yaşlı futbolçu 2008-ci ildən "Liverpul"un şərəfini qoruyur.

Bütün xəbərlər Facebook səhifəmizdə