“Qalatasaray”ın əfsanəvi qolkiperi vəfat edib

“Qalatasaray”ın əfsanəvi qolkiperi vəfat edib

İstanbulun "Qalatasaray" futbol klubunun əfsanəvi qapıçısı Turqay Şeren vəfat edib. SİA Türkiyə mətbutaına istinadən xəbər verir ki, T. Şeren dünən səhər saatlarında 84 yaşında dünyasını dəyişib.

Turqay Sabit Şeren 1932-ci ildə Ankarada doğulub. Futbolçu kimi "Qalatasaray"da yetişib və bütün karyerasını bu komandada keçirib. İlk matçına 1949-1950-ci il mövsümündə çıxıb. 1966-1967-ci il mövsümündə karyerasını tamamlayıb. 405 rəsmi matçda çıxış edib.

Türkiyə milli komandasında 46 dəfə forma geyib. 1951-ci ildə Qərbi Almaniya ilə Berlində keçirilən və Türkiyənin 2-1 qələbəsi ilə başa çatan qarşılaşmada parlaq oyunundan sonra "Berlin panteri" ləqəbini alıb. 1954-cü il dünya çempionatında Türkiyə milli komandasının qapısını qoruyub. Futbolçu karyerasını tamamladıqdan sonra bir müddət məşqçilik, daha sonra isə şərhçiliklə məşğul olub.

Bütün xəbərlər Facebook səhifəmizdə