Yığma komandaya kimlər düşə biləcək

Yığma komandaya kimlər düşə biləcək

Hövsan Olimpiya Kompleksində boks üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib. Siasport.az saytı xəbər verir ki, paytaxtın 19, digər rayonların 27 komandasının mübarizə apardığı yarışda 13 çəki dərəcəsində ümumilikdə 233 idmançı mübarizə aparır. Turnirdə Avropa və Dünya birinciliklərinin mükafatçılarının da iştirak etməsi yarışa olan marağı artırıb. Azərbaycan birinciliyində Ağcabədi, Ağstafa, Şəki, Tərtər kimi yeni yaradılmış komandaların boksçuları da güclərini sınayırlar. Yarışın nəticələrinə əsasən, milli komandanın heyəti formalaşdırılacaq və yığmamız Qazaxıstanın Astana şəhərində keçiriləcək Dünya birinciliyində mübarizə aparacaq. Mayda isə bu yaş qrupunda (1995-96-cı il təvəllüdlülər) 4 komandanın iştirakı ilə Azərbaycan kubokunun keçirilməsi nəzərdə tutulub. Azərbaycan birinciliyinə fevralın 27-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə