Quti Fernandez "Fənərbaxça"nın kapitanına heyran qalıb. Siasport.az saytı xəbər verir ki, "Real Madrid"də uzun illər boyu kapitanlıq sarğısı daşıyan, indi isə İstanbulun "Beşiktaş" klubunda eyni funksiyanı daşıyan Q.Fernandez "Fənərbaxça"dakı braziliyalı həmkarı Aleks De Souzanın hələ də Türkiyədə futbol oynamasına təəcüb edir. "Fənərbaxça"nın "Beşiktaş"a 4:2 hesabı ilə qalib gəldiyi sonuncu qarşılaşmanın sonunda A.D.Souzaya yaxınlaşan Q.Fernandez, onun Avropada istənilən güclü klubda futbol oynamasının hər an real olduğunu dilə gətirib. "Fənərbaxça"nın kapitanı da xoş sözlərə görə ona minnətdarlıq edib və bildirib ki, o da Q.Fernandezi dünyanın sayılıb seçilən futbolçularından biri hesab edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB