"Milli Fanatlar" fanklubunun rəhbəri Faiq Hüseynov AFFA prezidenti Rövnəq Abdullayevə müraciət ünvanlayıb. Siasport.az
saytı xəbər verir ki, müraciətdə F.Hüseynov AFFA prezidentinə milli komandaya
azarkeş dəstəyində əməkləri, ailəsi və yaşadığı yer barədə məlumat verib və R.Abdullayevdən
kömək istəyib.
Müraciəti nəzərinizə çatdırırıq:
Hörmətli Rövnəq müəllim
Mən uzun illərdi
ki, Azərbaycan milli yığmasına fanatlıq edir və milli yığmanın oyunları zamanı bütün azarkeşləri layiqincə fanatlıq etməyə ruhlandırıram.
Özüm vətənpərvər ailədə dünyaya gəlmişəm. Yaşadığım 14 kvm yataqxanada 2 bayraq var, Azərbaycan və erməni bayrağı. Hər gün uşaqlarım baxçaya gedəndə Azərbaycan bayrağını öpür və ayaq altında qalan erməni bayrağına ayaqqabılarını silib gedirlər. Övladlarıma hər zaman tövsiyə edirəm ki, evimiz olmasa belə hər zaman bayrağımızı, milli qürurumuzu üstün tutaraq, daima milli yığmanın oyunlarında millimizə hər an dəstək olmalıyıq.
Çox hörmətli Rövnəq müəllim
Belə vətənpərvər uşaqlarım yataqxanada böyüyür. Sizə müraciət edərək xahiş edirəm ki, hər hansısa bir ərazidə kiçik bir torpaq sahəsi ayıraraq bizə yardım edəsiniz.
Sizin bu işə baxan məsul şəxs olmadığınızı bilirəm. Amma bunu dövlətini, bayrağını və milli yığmasını öz canlarından çox sevən iki körpə vətənpərvər övladlar etsəniz sevinərəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB