İngilislər yeni baş məşqçi axtarırlar

İngilislər yeni baş məşqçi axtarırlar

Futbol üzrə İngiltərə millisində baş məşqçi vəzifəsinə namizədlər müəyyənləşib.

SİA xəbər verir ki, futbol üzrə Avropa çempionatında uğursuz çıxış edən ingilislərin yeni baş məşqçisinin kim olacağı müzakirə mövzusudur. Britaniya mətbuatı yazır ki, bunlar Manuel Pelleqrini, Quus Hiddink, Loran Blan, Yurgen Klinsmann və Roberto Martinesdir. Bildirilir ki, İngiltərə Futbol Federasiyası (İFF) yeni baş məşqçi vəzifəsinə əcnəbi çalışdırıcını gətirməyi planlaşdırır. Yeni baş məşqçinin ingilis dilini bilməsinin əsas şərtlərdən biri olduğu vurğulanıb. İFF-in bu şərtlərə cavab verən adları qeyd olunan məşqçilərdən birini millinin başına gətirməyi planlaşdırdığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə