"Fənərbaxça"nın futbolçusu Luis Naninin "Valensiya"ya keçidi rəsmiləşib. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat verib. Məlumata görə, portuqaliyalı futbolçu La Liqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Bu transfer "yarasalar"a 8,5 milyon avroya başa gəlib. Qeyd edək ki, "Fənərbaxça"nın heyətində 46 oyun keçirən 29 yaşlı futbolçu 12 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB