UEFA uşaqlara görə futbolçulara qadağalar qoydu

UEFA uşaqlara görə futbolçulara qadağalar qoydu

UEFA "Avro-2016"da mübarizəni davam etdirən milli komandaların futbolçularına xəbərdarlıq edib. "Goal.com"un verdiyi məlumata görə, qitənin ali futbol qurumu oyunlardan sonra futbolçuların qələbəni uşaqları ilə birgə meydanda bayram etməsinə qarşı çıxıb. Məsələ ilə bağlı danışan turnirin direktoru Martin Kallen bunları bildirib: "Bu turnir Avropa çempionatıdır, ailə partisi deyil. Stadion uşaqlar üçün təhlükəsiz məkan sayılmaz. Beş və ya altı yaşında uşaqlar matçdan sonra meydanda olurlar. Başlarına bir şey gəlsə, nə edəcəksiniz? Nə söyləyəcəksiniz?".

Bunun artıq bir adət halına gəlməsindən narahat olan Kallen deyib: "Təbii ki, uşaqların bayram etməsindən çəkilən şəkillər gözəl olur. Buna tam olaraq qarşı da deyilik. Yalnız buraxılış vərəqələri olandan başqa heç kim meydana buraxılmamalıdır ".

Qeyd edək ki, son olaraq 1/4 finalda Uels - Belçika görüşündən sonra (3:1) Britaniya təmsilçisinin futbolçuları qələbəni uşaqları ilə birgə meydanda bayram etməsi ilə diqqət çəkib. UEFA isə bunun təhlükəli olduğunu bildirərək hadisələrin təkrarlanmaması ilə bağlı futbolçulara xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə