Anatoli Banişevskinin məzarı ziyarət olunub-FOTOLAR

Anatoli Banişevskinin məzarı ziyarət olunub-FOTOLAR

Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər \"Neftçi\" komandasında çıxış etmiş mərhum Anatoli Banişevskinin anadan olmasının 65-ci ildönümüdür. Siasport.az saytı AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əfsanəvi futbolçunun yubileyi münasibətlə AFFA-nın rəhbərliyi, \"Neftçi\" klubunun üzvləri, vetaran və yeniyetmə futbolçular, futbol ictimaiyyətinin nümayəndələri A.Banişevskinin məzarını ziyarət edib, abidəsinin önünə əklil və gül dəstələri qoyub, onunla bağlı xatirələrini yada salıblar.Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər \"Neftçi\" komandasında çıxış etmiş mərhum Anatoli Banişevskinin anadan olmasının 65-ci ildönümüdür. Siasport.az saytı AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əfsanəvi futbolçunun yubileyi münasibətlə AFFA-nın rəhbərliyi, \"Neftçi\" klubunun üzvləri, vetaran və yeniyetmə futbolçular, futbol ictimaiyyətinin nümayəndələri A.Banişevskinin məzarını ziyarət edib, abidəsinin önünə əklil və gül dəstələri qoyub, onunla bağlı xatirələrini yada salıblar.

Tədbiri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu açıb. Futbol veteranları Mübariz Zeynalov, Yaşar Babayev, İskəndər Cavadov, AFFA-nın baş katibinin müavini Elxan Əsədov, \"Neftçi\" klubunun vitse-prezidenti Tahir Süleymanov çıxış edərək Anatoli Banişevskinin Azərbaycan futbolunun inkişafı üçün xidmətlərini qeyd edib, onu hər zaman xoş xatirələrlə andıqlarını bildiriblər.Tədbiri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu açıb. Futbol veteranları Mübariz Zeynalov, Yaşar Babayev, İskəndər Cavadov, AFFA-nın baş katibinin müavini Elxan Əsədov, \"Neftçi\" klubunun vitse-prezidenti Tahir Süleymanov çıxış edərək Anatoli Banişevskinin Azərbaycan futbolunun inkişafı üçün xidmətlərini qeyd edib, onu hər zaman xoş xatirələrlə andıqlarını bildiriblər.




\"\"\"\"


\"\"\"\"



\"\"\"\"


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com