Mahir nişançı kim kim olacaq?

Orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Xocalı Soyqrımı qurbanlarının xatirəsinə həsr olunmuş "Mahir nişançı" adlı güllə atıcılığı yarışı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yarış Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Atıcılıq tirində baş tutacaq. Turnir fevralın 24-də saat 11:00-da başlayacaq.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd yeniyetmə və gənclərin hərbi fiziki hazırlığını artırmaq və onları hərbi xidmətə hazırlamaq məqsədilə hərbi-idman oyunlarını vaxtaşırı təmin etmək, onlarda vətənpərvərlik, azərbaycançılıq, Azərbaycan xalqının tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını aşılamaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə