İdmançımız beynəlxalq turnirdə qızıl medal qazandı

İdmançımız beynəlxalq turnirdə qızıl medal qazandı
Moskvada ciu-citsu üzrə beynəlxalq turnir başa çatıb. Siasport.az saytı xəbər verir ki, döyüş (faytinq) və texnika nümayiş etdirilməsi (duo-sistem) üzrə yarışlarda Avropanın və MDB ölkələrinin ən güclü idmançıları, o cümlədən dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları iştirak ediblər. Bu nüfuzlu turnirdə Azərbaycanın idman şərəfini respublika Ciu-Citsu Rederasiyasının birinci vitse-prezidenti və məşqçisi Əli Cəfərovun rəhbərliyi ilə 4 idmançı qoruyub.

Səlim Salmanov 85 kq çəki dərəcəsində qızıl medal qazanıb. Ənənəyə görə bu turnirdə müxtəlif nominasiyalar üzrə mükafatlar təsis edilir. Azərbaycan nümayəndəsi "Qələbə əzminə görə" nominasiyasında mükafat qazanıb.

Bu yarışlar Beynəlxalq Ciu-Citsu Federasiyasının və Avropa Ciu-Citsu İttifaqının idman təqviminə daxil edilib. 2011-ci ildə bu turnir Avropa Kubokunun bir mərhələsi hesab edilir. Bu o deməkdir ki, turnirdə iştirak edən idmançılar dünya oyunlarına seçim üçün reytinq balları qazanır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB