İstanbulun "Qalatasaray" futbol klubu daha bir transferi reallaşdırıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi, "Antalyaspor"la müqaviləsi başa çatan 24 yaşlı Emrah Başsan ilə 3 illik müqavilə imzalayıb. Xəbərdə deyilir ki, 24 yaşlı futbolçu İstanbul klubunda ilinə 1 milyon 250 min avro vəsait alacaq. Bundan başqa, E. Başsan UEFA miqyasında keçiriləcək yarışlarda hər qələbəyə görə 9 min avro, bərabərliyə görə isə 3 min avro mükafat alacaq. Xatırladaq ki, gənc futbolçu keçən il "Antalyaspor"da meydana çıxdığı 20 çempionat qarşılaşmasında 5 qol vurub, bir məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB