İstanbulun "Qalatasaray" futbol klubu, bu komandanın veteran futbolçuları sayılan Sabri Sarıoğlu və Hamit Altıntopla müqaviləni yeniləyib. SİA İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, sözügedən oyunçularla 1 illik yeni müqavilə imzalanıb. Qeyd edək ki, S.Sarıoğlu ilinə 1 milyon 250 min avro, H.Altıntop isə 1 milyon 650 min avro qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB