"Mançester Siti" Ukraynanın "Ufa" klubunun futbolçusu Aleksandr Zinçenkonu transfer edib. SİA xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin təfərrüatları açıqlanmayıb. Britaniya mətbuatı ukraynalı oyunçu ilə 4+1 illik müqavilə imzalandığını yazıb.
Qeyd edək ki, A.Zinçenko ötən mövsüm "Ufa"da oynadığı 26 görüşdə 2 qol vurub, 4 qolun ötürməsini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB