Radomir Todorov: \"Mənim üçün adaptasiya dövrü hələ də davam edir\"-MÜSAHİBƏ

Radomir Todorov: \"Mənim üçün adaptasiya dövrü hələ də davam edir\"-MÜSAHİBƏ
\"Bakı\" klubunun yeni trasferi Radomir Todorov "Bakı"nın heyətindəki ilk rəsmi oyunu, "AZAL" la çətin səfər matçı, adapdasiya dövrü barədə klubun rəsmi müsahibə verib. Futbolçunun müsahibəsini nəzərinizə çatdırırıq:


- Komandaya öyrəşə bilirsənmi? Uyğunlaşma dövrü necə gedir?


- Mənim üçün adaptasiya dövrü hələ də davam edir. Komandamızın bəzi futbolçuları ilə əvvəllər birlikdə oynasam, bəziləri ilə tanış olsam da, komandaya yeni gəldiyim üçün hələ tam öyrəşməmişəm. İnanıram ki, bu mərhələni müvəffəqiyyətlə keçəcəm və hər şey yaxşı olacaq.


- "Turan"la oyun sənin "Bakı"nın heyətində ilk rəsmi oyunun idi...


- Bizim üçün "Turan"la oyunda əsas nəticə idi. Meydanın pis vəziyyətdə olması gözəl oyun göstərməyə imkan vermirdi. Buna baxmayaraq bizim çox qol şansımız oldu . Yaxşı ki, qol vurduq və qələbə bizim oldu.


- "AZAL"la oyun barədə nə fikirləşirsən?


- "Turan" la oyunda olduğu kimi "AZAL"la qarşılaşma da bizim üçün çox vacibdir. Bu oyunda da meydana yalnız qələbə üçün çıxacağıq. Əsas məqsəd xal toplayıb, altılığa düşməkdir. Altılıqda hər şey fərqli olacaq.


Altılığa düşmək üçün yaxşı şansımız var. "Muğan"nın "Qəbələ"ni məğlub etməsi bizə böyük şans verdi. Hər şey özümüzdən asılıdır. Son oyunda da yaxşı oynayıb, qələbə qazanmalıyıq.


- Əvvəllər "Xəzər Lənkəran" klubunun heyətində "Bakı"ya qarşı oynamısan. Səncə, "Bakı" ilə oynamaq çətindir, yoxsa "Bakı"ya qarşı oynamaq?


- "Bakı" iddialı klubdur. Bu komandaya qarşı oynamaq həmişə çətin olub

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com