Roberto Karlos: “Əminəm ki “Fənərbaxça” bu il çempionluğu əldən verməyəcək”

Roberto Karlos: “Əminəm ki “Fənərbaxça” bu il çempionluğu əldən verməyəcək”

Bir neçə il bundan qabaq İstanbulun "Fənərbaxça" futbol klubunun şərəfini qorumuş məşhur braziliyalı futbolçu Roberto Karlos keçmiş komandası ilə "Beşiktaş" arasındakı son derbini şərh edib. Siasport.az saytı xəbər verir ki, TRT-nin "Stadyum" verilişinə canlı olaraq Antalyadan bağlanan "Real"ın keçmiş ulduzu bildirib ki, "Fənərbaxça" qarşıdakı bütün oyunlarını bu templə keçirə bilsə, İstanbul klubunun bu il çempion olması real görünür. "Bu derbi "Fənərbaxça"nın gücünü göstərdi. Komanda artıq oturuşmuş sistemə sahibdir. Tam əminəm ki, "Fənərbaxça" bu oyun tempini saxlaya bilsə, bu il çempionluğu heç kimə verməyəcək. Deməli irəli getmək üçün də bütün oyunları belə tərzdə keçirmək lazımdır",- deyə braziliyalı futbol ulduzu fikrini tamamlayıb. Qeyd edək ki, R.Karlos "Fənərbaxça"dan qalmaqalla ayrılmış və klubu tərk etdikdən sonra da İstanbul klubuna qarşı bir sıra iddialar irəli sürmüşdü. Hazırda o, Rusiyanın "Anji" futbol klubunda çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə