Usim Ndukaya göstərilən sarı vərəqə ləğv edilb

Usim Ndukaya göstərilən sarı vərəqə ləğv edilb
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:


9 fevral 2011-ci il tarixində XIX Azərbaycan Premyer Liqasının XXI turunun "Simurq" – "Neftçi" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min) manat cərimə olunur (maddə 40).

20 fevral 2011-ci il tarixində XIX Azərbaycan Premyer Liqasının XXI turunun "Muğan" – "Qəbələ" matçının 58-ci dəqiqəsində "Muğan" klubunun 6 №-li futbolçusu Taqim Novruzov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 48).

20 fevral 2011-ci il tarixində XIX Azərbaycan Premyer Liqasının XXI turunun "Xəzər-Lənkəran" – AZAL matçında "Xəzər-Lənkəran" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min) manat cərimə olunur (maddə 40).

Matçın 61-ci dəqiqəsində "Xəzər-Lənkəran" azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52). Oyunun 77–ci dəqiqəsində AZAL klubunun 3 №-li futbolçusu Usim Nduka simulyasiyaya görə sarı vərəqə ilə cəzalanıb. Lakin matçın videoyazısını izlədikdə hakimin epizodu düzgün qiymətləndirməməsi aşkar edilmişdir. Bu səbəbdən də Usim Ndukaya göstərilən sarı vərəqə ləğv edilir.

19 fevral 2011-ci il tarixində XIX Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun "Muğan" – "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40).

19 fevral 2011-ci il tarixində XIX Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun "Xəzər-Lənkəran" – AZAL matçında "Xəzər-Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40).

19 fevral 2011-ci il tarixində I divizionun XV turunun "Neftçi" İSM – "Sumqayıt" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (yüz) manat cərimə olunur (maddə 40).

20 fevral 2011-ci il tarixində I divizionun XV turunun "Rəvan" – "Abşeron" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər bir klub 100 (yüz) manat cərimə olunur (maddə 40). Oyunun 88-ci dəqiqəsində "Rəvan" klubunun 19 №-li futbolçusu Fərhad İsgəndərov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 (iyirmi) manat cərimə olunur (maddə 48).

14 fevral 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın ROİL – MOİK matçında MOİK klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 57).

18 fevral 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın ROİL – "Bakı-2" matçının 60-cı dəqiqəsində "Bakı-2" klubunun 5 №-li futbolçusu Ramin Niftəliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

18 fevral 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın "MKT-Araz" – "Muğan" matçının 39-cu dəqiqəsində "MKT-Araz" klubunun 10 №-li futbolçusu Şahin Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1). Oyunun 67-ci dəqiqəsində "MKT-Araz" klubunun 5 №-li futbolçusu Nəsir Süleymanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

19 fevral 2011-ci il tarixində "Azercell U-17 Liqa"nın "Turan" – "Gəncə" matçının 71-ci dəqiqəsində "Gəncə" klubunun 17 №-li futbolçusu İbrahim Abdullayev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). Oyun başa çatdıqdan sonra "Gəncə" klubunun baş məşqçisi Şahin İsmayılov hakimi təhqir etdiyi üçün baş məşqçi 5 oyunluq cəzalanır (maddə 42.4).

16 fevral 2011-ci il tarixində "Kapital Bank U-15 Liqa"nın "Bakı" – "MKT-Araz" matçında "MKT-Araz" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 57).

16 fevral 2011-ci il tarixində "Kapital Bank U -15 Liqasının "Gəncə" – "Muğan" matçında "Gəncə" klubunun 5 №-li futbolçusu İntiqam Salmanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com