Ağəsəlim Mircavadov yeni işə başlayacaq?

Ağəsəlim Mircavadov yeni işə başlayacaq?

Uzun müddətdir işsiz olan Ağasəlim Mircavadov üçün həsrət bitir. Siasport.az saytı xəbər verir ki, fanat.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, təcrübəli mütəxəssis yaxın vaxtlarda işlə təmin olunacaq.

Məlumatı verən mənbənin sözlərinə görə, onun "Premyer Liqa" verilişində görünməsi də yaxınlarda işlə təmin olunacağına işarədi. Lakin Mircavadovun harada çalışacağı hələ açıqlanmır.

Qeyd edək ki, Mircavadov məşçi karyerası ərzində iki dəfə "Neftçi"də, iki dəfə "Xəzər Lənkəran"da, "Qarabağ"da, "Şəmkir"də və milli komandada çalışıb. Onun son iş yeri "Xəzər Lənkəran" olub. 2009-cu ilin yayında istefaya göndərilən 63 yaşlı mütəxəssis 5 dəfə Azərbaycan çempionu olub, 1 dəfə ölkə kubokunu və 2 dəfə "Birlik Kuboku"nu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com